VİDEO

İlin sonuna kimi Bakı ilə Yerevan arasında sülh müqaviləsi imzalanacaqmı - Ekspert rəyi

Azərbaycan və Rusiya Federasiyası xarici işlər nazirlərinin görüşü necə başa çata bilər və Bakı ilə Yerevanın bir-birinə doğru hərəkət etdirilməsi məsələsində irəliləyişlərin olub-olmayacağı barədə hərbi ekspert İqor Korotçenkonun müsahibəsində.
Sputnik
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun görüşü Cənubi Qafqaz regionunda baş verən hadisələr baxımından son dərəcə əhəmiyyətlidir. Bu barədə Sputnik Azərbaycan-a Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Ekspert əmindir ki, Rusiya Azərbaycanı MDB məkanında etibarlı tərəfdaş və strateji müttəfiq hesab edir. Korotçenko qeyd edib ki, bugünkü danışıqların əsas aspekti Azərbaycan və Ermənistan arasında sülh sazişlərinin tezliklə əldə olunmasıdır.
“Təəssüf ki, Ermənistanın və onu dəstəkləyən ölkələrin, xüsusən də Fransanın qeyri-konstruktiv mövqeyinə görə ilin sonuna kimi sülh müqaviləsi imzalanmayacaq”, - deyə Korotçenko bildirib.