CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçayda yol-nəqliyyat hadisəsi ölümlə nəticələndi

Rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Göyçayda avtomobil piyadanı vuraraq öldürüb. Rayonda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.
Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.
Bildirilib ki, dekabrın 3-4-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.