SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu: "İnşallah, Ermənistan da ağıllanar"

O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlamaqla rahatlığa qovuşa bilməyəcəyini gördü.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Qarabağ məsələsinin dondurulmuş münaqişə olmadığını, ATƏT-in Minsk qrupunun onu çözə bilmədiyini, Azərbaycanın özünün bu məsələni həll etdiyini gördük. İnşallah, Ermənistan da ağıllanar və onun da ərazisindən keçəcək nəqliyyat dəhlizlərindən faydalanar.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlamaqla rahatlığa qovuşa bilməyəcəyini gördü: "Amma biz Türkiyə və Azərbaycan olaraq sülh əlimizi uzatdıq. Azərbaycan hərtərəfli bir sülh müqaviləsi təklif edib, müzakirələrin isə nəticə yönümlü olması lazımdır".