SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Baş naziri Putinin köməkçisi ilə niyə görüşüb?

Görüşdə tərəflər Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə ediblər.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Baş nazir Əli Əsədov Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.