AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.
Sputnik
BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
Azərtac xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.
Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.