RUSİYA

Üçüncü ölkələr vasitəsilə Rusiyaya rom, kofe, avokado və siqar tədarük edilə bilər

Diplomat ixrac üçün yolların axtarıldığını və Biz ixrac yollarını axtarırıq, Özbəkistan vasitəsilə qəhvə tədarükünün təşkil oluna biləcəyini dilə gətirib.
Sputnik
BAKI, 4 dekabr - Sputnik. Dominikan Respublikası üçüncü ölkələr vasitəsilə Rusiyaya rom, kofe, avokado və siqar tədarük etməyi planlaşdırır. Bu barədə adıçəkilən ölkənin Moskvadakı səfiri Hans Dannenberq RİA Novosti-yə müsahibəsində bildirib.
“Biz Rusiyaya çoxlu qəhvə ixrac edirik. Turistlər Dominikan Respublikasına səyahət etməyə başlayanda qəhvəmizi çox bəyəndilər və hava limanında hətta bu qəhvəni Moskvada haradan almağın mümkün olduğu barədə rus dilində reklam yerləşdirməyə başladılar. İndi o da satışdadır, lakin baha başa gəlir, təxminən iki dəfə".
Səfirin sözlərinə görə, cari ildə logistikadakı çətinliklərə görə satış həcmi azalıb:
"Amma indi biz Yerevan və ya Almatı vasitəsilə qəhvə tədarükünü təşkil etməyə çalışırıq”, - deyə səfir bildirib.
Siqar
O həmçinin qeyd edib ki, qəhvəni Özbəkistan və Tacikistan, romu isə Ermənistan vasitəsilə də idxal etmək olar.
“Biz ixrac yollarını axtarırıq, Daşkəndə gedərək Özbəkistan vasitəsilə qəhvə tədarükü təşkil edəcəyik. Amma siqar, tütün, rom və avokadolarımızı ixrac etmək üçün Yerevandan istifadə etməyi düşünə bilərik”, - deyə səfir əlavə edib.