CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah dağlıq ərazilərdə qar yağacaq - Hava proqnozu

Atmosfer təzyiqinin 777 mm civə sütunundan 775 mm civə sütununa enəcəyi, nisbi rütubətin 50-60 % olacağı bildirilir.
Sputnik
BAKI, 4 dekabr - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 4-6° isti olacaq. Bakıda gecə və gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 777 mm civə sütunundan 775 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.