Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət Rusiyanın təklif etdiyi “üçlü qaz ittifaqı” hər üç tərəf üçün eyni dərəcədə faydalıdır. Gələcəkdə isə bu birliyin genişlənməsi də mümkündür.
Bu barədə "Sputnik rus dilində"yə müsahibəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun nəzdindəki Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev danışıb.