SƏHİYYƏ

Gicitkənin bilinməyən faydaları üzə çıxıb

Gicitkən həmçinin artroz, artrit, revmatizm, podaqra, ostexondrozu olanlar üçün çox məsləhətli bitkidir.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Gicitkənin inanılmaz dərəcədə faydalı bitki olduğu hamıya məlumdur. Tikanlı gicitkəndən qədim dövrlərdən bu yana xalq təbabətində çoxsaylı xəstəliklərin müalicəsində istifadə edilib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu bitki iltihabı proseslər zamanı çox faydalı təsirə malikdir.
Belə ki, gicitkən orqanizmdə iltihabi prosesləri azaldır, oynaqlarda ağrı, şişkinlik, iltihabdan sonra yaranan ağrıları aradan qaldırır.
Bu faydalı bitki həm də qanbərpaedici və antibakterial təsiri ilə seçilir.
Gicitkənın tərkibində olan qarışqa turşusu isə oynaqlar üçün çox faydalı dərmandır.
Həkimlər oynaqlar üçün gicitkəndan vanna, kompress, dəmləmə kimi istifadə etməyi tövsiyə edirlər. Gicitkən həmçinin artroz, artrit, revmatizm, podaqra, ostexondrozu olanlar üçün çox məsləhətli bitkidir.