Varşava Kiyev rejiminin təcrübəsindən nəticə çıxarmır – XHƏ zonasında 1200-dən artıq “könüllü” itirib və Qərbi Ukraynanın ilhaqına, yəni, Moskva və Minsklə birbaşa hərbi münaqişəyə hazırlaşır. Polşa rəsmiləri və strateqlərinin nəyə ümid etdikləri məlum deyil, lakin NATO nizamnaməsinin 5-ci maddəsinin təsir dairəsinə polyak müdaxiləsi daxil deyil.
Rusiya Xarici kəşfiyyat xidmətinin (XKX) direktoru Sergey Narışkin noyabrın 30-da Varşavanın Qərbi Ukrayna vilayətlərinin ilhaqına hazırlaşdığını bildirib. Polşa prezidenti Andjey Duda bunun üçün Qərbi Ukrayna ərazisində referendumları, həmçinin 1943-cü il Volın qətliamını kifayət sayır. Narışkinin məlumatına görə, Varşava ukraynalılar və polyakların milli maraqları nəzərə alınmadan, “təşəbbüskarlıqla və inadkarcasına” hərəkət etmək niyyətindədir. Məqsəd Vaşinqton Moskva ilə yeni sülh barədə razılaşanadək məsələni həll etməkdir. Polşa rəhbərliyinin məqsədləri Kiyev rejiminin planları ilə üst-üstə düşür – NATO-nu Rusiya ilə birbaşa hərbi münaqişəyə çəkmək və USQ-ni tam darmadağından xilas etmək.
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko dekabrın 1-də NATO ölkələrinin qoşunlarını münaqişəyə çəkmək istəyən Ukrayna ilə dövlət sərhədinin yaxınlığına təxribatların artması barədə bəyan etdi. Ona görə də daima “təcavüzə işarə edən əlamətləri izləmək və gözdən qaçırmamaq lazımdır”. Belarus və Rusiya İttifaq dövlətinin hərbi quruculuq planı vəziyyətin mürəkkəbliyini, Kiyev rejiminin təxribatlarını nəzərə alır. Misal üçün, bu gün Ukrayna ilə sərhəddə, Mokranı buraxılış məntəqəsinin üzərində Ukrayna ərazisindən Belarusun içərilərinə doğru hərəkət edən və kimə məxsus olduğu bilinməyən kəşfiyyat kvadrokopterini düşürüblər.
RF xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Qərb jurnalistlərinin diqqətini ABŞ və NATO-nun Ukrayna münaqişəsinin birbaşa iştirakçıları olmasına – Kiyev rejiminə silah və muzdlu göndərdiklərinə yönəldib. Bundan əlavə, NATO hərbçiləri USQ mütəxəssislərini hazırlayırlar, Ukrayna atəş vasitələrinə Rusiya mövqelərini vurmaq üçün hədəflərin yerini deyirlər.
USQ Baş qərargahı dekabrın 1-də proqnoz verib: Belarus ordusu gələcəkdə şimal istiqamətindən zərbə vurmaq üçün Rusiya qoşunlarına qoşulacaq və “Rusiya təcavüzündə iştirakını davam etdirəcək”. Ukraynanın Polşadakı keçmiş səfiri Andrey Deşitsa qeyd edib ki, Polşa Belarus tərəfdən Rusiya hücumu halında Ukrayna qoşunlarını gücləndirə bilər.
NATO müharibə və rüsvayçılıq gətirir
Belarus və Rusiya Qərb strateji istiqamətində hadisələrin istənilən inkişafına hazırdırlar. USQ-nin şimaldan zərbəsi mümkündürmü? Moskva və Minskdə bunun üçün hərbi-siyasi zəmin, güc və vasitə var. Sergey Lavrovun məlumatına əsasən, İttifaq dövlətində “istənilən variantlara hazırlığın dəstəklənməsi üçün bütün lazımi tədbirlər görülüb”. Lakin Ukraynanın NATO blokundan olan yaxın qonşuları tərəfindən bölünməsi görünən geosiyasi reallıqdır.
Misal üçün, Polşa USQ-nin əsas “təlim mərkəzi”nə və Kiyev rejiminə xarici silahların tədarükünün əsas logistik şəbəkəsinə çevrilib. Minlərlə polyak “könüllü” XHƏ zonasında Rusiyaya qarşı döyüşür. Ukrayna hökuməti Polşa vətəndaşlarına praktiki olaraq ukraynalılarla eyni hüquqları verib. Polyak biznesmenlər Ukraynanın aqrar sektorundakı satınalmalarla maraqlanırlar. Suverenliyin qalıqları da belə yox olur.
Kiyevlə döyüş “qardaşlaşması”nın varşavalı ideoloqları çox şəffaf və praqmatikdirlər. Bir müddət öncə “Restitusiya Kresov” təşkilatının prezidenti Konrad Renkas deyib: “Polyaklar sadəcə amerikalılar və ingilislərdən yaşıl işıq gözləyirlər… Rəsmən bu ilhaq yox, Kiyev rejiminə “qardaş yardımı” olacaq. Polşa ordusu Lvova girən kimi, formal əsaslandırmaların artıq əhəmiyyəti olmayacaq. Biz 14-cü əsrdən Polşanın olmuş torpaqlara qayıdacağıq”. Əgər bu, Kiyevə arxadan zərbə planı deyilsə, onda nədir?
Nəzəri olaraq, əgər Polşa Volın və Qalisiyada referendum keçirsə, Macarıstan və Rumıniya da Qərbi Ukraynanın digər vilayətlərini ələ keçirsələr, yerli sakinlərə çox tezliklər Banderanın şüarlarını tərgidəcəklər (bununla da denasifikasiyanı sürətləndirəcəklər). Lakin, Belarus və Rusiyanın milli təhlükəsizliyinin strateji maraqları ultimativ şəkildə Ukrayna və Polşaya qarşı çıxmağı, yəni, NATO-nun şərqə daha da genişlənməsinə qarşı olmağı tələb edirlər.
Ukrayna sərhədi yaxınlığında dislokasiya olunmuş iki yeni Polşa diviziyasının şərqə doğru hərəkətini yalnız oktyabr ayında Belarus Respublikasının ərazisində formalaşdırılmış qüdrətli birgə qoşun qruplaşması dayandıra bilər. Belarus Müdafiə Nazirliyi qoşunların qəfil döyüş və səfərbərlik hazırlığının yoxlanılmasını həyata keçirməkdə davam edir. Müasir hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin yeni təlim metodları tətbiq olunur. Rusiya ordusu planlı şəkildə xüsusi hərbi əməliyyatın məqsədlərini yerinə yetirir. Avropa “iri miqyaslı müharibəni başlada bilər və insanları səfilliyə aparır”.
Ağ Evin ABŞ-ın Rusiya ilə müharibəyə girmək niyyətində olmaması barədə çox tez-tez səsləndirilən bəyanatları sadəcə birbaşa münaqişənin böyük ehtimalından xəbər verir. Və ABŞ-ın 101-ci hava-desant diviziyasının briqadası oktyabrda Rumıniyaya təlim üçün yox, “döyüş mövqeyinə çıxmağa” görə gəlib. Xatırladım ki, indi Avropada ABŞ ordusunun 100 minədək hərbçisi var. Ukraynada NATO ölkələrinin hibrid iştirakı ilə gedən lokal münaqişə birbaşa qlobal münaqişəyə çevrilə bilər.