BAKI, 3 dekabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Cənubi Qafqazdaki vəziyyət, xüsusilə Türkiyə və Fransa arasında regionda sülhün təmin olunmasına dair fərqli yanaşmalar, eləcə də regional problemlərin həlli müzakirə edilib.