BAKI, 3 dekabr — Sputnik. Alimlər fərqli ölkələrdə 418 mindən çox insanın iştirakı ilə araşdırma apararaq belə qənaətə gəliblər ki, bəzi məhsulların istifadə formasından asılı olaraq insult riskini artırır, yaxud azaldır.
Tədqiqatçıların əldə etdikləri nəticəyə görə, qida rasionu insult riskinə təsir edən birinci amildir.
Aparılan son tədqiqata əsasən məlum olub ki, meyvə, tərəvəz, lif, süd və süd məhsullarından sonra yüksək maye qəbuletmə işemik insult riskinin azalmasına təsir edir.
Lakin bu vəziyyət hemorragik insultun yaranma riskini azaltmır. Tez-tez yumurta yemək hemorragik insult riskini artıra bilər.
Alimlər apardıqları araşdırmanın nəticəsi olaraq işemik insultun bol lif, yəni meyvə, tərəvəz, qoz-fındıq, taxıl və paxlalı bitkilərlə azaldığını iddia edirlər. Onların fikrincə, gündə on qram lif, insult riskini 23% azaldır.