BAKI, 3 dekabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının G qrupunun III turunda Braziliya Kamerunla, Serbiya isə İsveçrə ilə qarşılaşıb.
Braziliya - Kamerun görüşünün birinci hissəsi qolsuz bərabərliklə başa çatıb - 0:0.
İkinci hissədə, Afrika təmsilçisi 90+2-ci dəqiqədə Vensan Abubakarın qolu ilə hesabda önə keçib 1:0. Görüş bu hesabla bitib.
Serbiya - İsveçrə görüşündə 20-ci dəqiqədə Cerdan Şakiri isveçrəliləri hesabda önə keçirib.
26-cı dəqiqədə fərqlənən Aleksandar Mitroviç görüşdə tarazlığı bərpa edib.
Duşan Vlahoviç 35-ci dəqiqədə serbiyalıları hesabda önə keçirib.
44-cü dəqiqədə isveçrəlilərdən Brel Embolo tarazlığı bərpa edib - 2:2. Birinci hissə bu hesabla bitib.
İkinci hissədə, 48-ci dəqiqədə Remo Froyler isveçrəliləri hesabda önə keçirib - 3:2. Görüş bu hesabla başa çatıb.
Üç oyundan sonra 6 xal toplayan İsveçrə 1/8 finala vəsiqə qazanıb. Qrupda birinci yeri 6 xalla Braziliya tutub.
1/8 finalda Braziliya Cənubi Koreya, İsveçrə isə Portuqaliya ilə rastlaşacaq.