CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Xalq artisti reanimasiyaya yerləşdirilib

Sənətçinin qızı Həcər İsrafilovaatasının xəstəliyinin nə olduğunu bilmədiyini deyib.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.
Bu barədə sənətçinin qızı Həcər İsrafilova məlumat verib. O, Xalq artistinin reanimasiyada olduğunu deyib.
"Hələlik vəziyyəti haqqında konkret nəsə deyə bilmərəm. Dünən axşam gətirib xəstəxanaya yerləşdirmişik. Hazırda reanimasiyadadır. Tam olaraq, xəstəliyinin də nə olduğunu deyə bilmərəm. Nəticələr bu gün bilinməlidir", - deyə o, APA-ya bildirib.
Həcər İsrafilova narahat olan, zəng edən hər kəsə minnətdarlığını ifadə edib.
Xatırladaq ki, Aftandil İsrafilov 2014-cü ildə plevrit diaqnozu ilə xəstəxanaya yatırılıb. O vaxt onun ağciyərindən su çəkilib.
Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, Azərbaycanla yanaşı, Dağıstanın da Xalq artistidir.