RUSİYA

Tailand hakimiyyəti Rusiyanın enerji resurslarının idxalı imkanlarını araşdırır

Rusiyadakı səfir Sasivat Vonqsinsavat Rusiyanın enerji resurslarının idxalı imkanları, eləcə də qiymət və həcmlərlə bağlı detalların Tailandın müvafiq orqanları və özəl şirkətlər tərəfindən öyrənildiyini bildirib.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Tailandın hakimiyyət orqanları və biznesi Rusiya Federasiyasından enerji resurslarının idxalı imkanlarını, o cümlədən, qiymətlər və tədarükün tələb olunan həcmi barədə məlumatları öyrənir.
Tailandın Rusiyadakı səfiri Sasivat Vonqsinsavat "RİA Novosti"yə müsahibəsində bu barədə məlumat verib.
"Rusiyanın enerji resurslarının idxalı imkanları, eləcə də qiymət və həcmlərlə bağlı detallar Tailandın müvafiq orqanları və özəl şirkətlər tərəfindən hələ də öyrənilir", - deyə diplomat bildirib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Nikolay Nozdrev "RİA Novosti"yə demək olar ki, bütün ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələrinin (o cümlədən, Kamboca, Tailand, Malayziya, Sinqapur, İndoneziya, Bruney, Filippin, Vyetnam, Laos və Myanma) Rusiyadan karbohidrogen idxalının artırılmasına bu və ya digər dərəcədə maraq göstərdiyini bildirsə də, onların adını çəkməyib.