BAKI, 2 dekabr — Sputnik. Moskva, Tehran və Pekin beynəlxalq diplomatiyada yeni "üçbucağ"a çevriliblər.
Bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
O, Rusiya Federasiyası, İran və Çinin daimi nümayəndəlikləri arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə üçtərəfli səmərəli məsləhətləşmələr aparıldığını vurğulayıb.
Ulyanov özünün sosial media bloqunda yazıb: "Bu, çoxtərəfli diplomatiyada yeni üçbucaq - Çin, İran və Rusiya kimi görünmürmü?"
Rusiya Federasiyasının daimi nümayəndəsi bu formatın asanlıqla genişləndirilə biləcəyi fikrini bildirib. O, bir çox ölkələrin çoxtərəfli dünyanın tərəfdarı olduğunu vurğulayıb.
Xatırladaq ki, Çinin xarici işlər naziri Van İ Pekinin çoxqütblülüyün qətiyyətlə təşviq edilməsi üçün Moskva və həmfikir dövlətlərlə işləməyə hazır olduğunu bildirib. Bu bəyanat G20 sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səsləndirilib.
Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirmişdi ki, Avropa dövlətləri Moskvanı ən böyük enerji təchizatçısı kimi itiriblər.