DÇ-2022

Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb

“Qətər-2022”dək turnirlərdə 2548 qol qeydə alınıb
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb.
Report bildirir ki, 34 yaşlı hücumçu mundiallarda 2600-cü qolun müəllifi olub.
Otuz dörd yaşlı hücumçu buna Qətərdə keçirilən yarışın ikinci turunda Səudiyyə Ərəbistanı yığması ilə matçda (2:0) fərqlənməklə nail olub.
“Qətər-2022”dək turnirlərdə 2 548 qol qeydə alınıb. Levandovskinin Asiya təmsilçisi ilə matçdakı dəqiq zərbəsi hazırkı çempionatın 52-ci, turnir tarixində isə ilk qoludur.
Qeyd edək ki, dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-cü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək.