AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezidenti İlham Əliyev Oğuz rayonuna səfər edib

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.
Eyni zamanda Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.