MƏDƏNİYYƏT

Ərdoğan azərbaycanlı yazıçıya mükafat verib

Ərdoğan deyib ki, bu mükafatın Türkiyə-Azərbaycan dostluğu və həmrəyliyinin dünyada örnək olduğu bir zamanda verilməsinin fərqli bir mənası var.
Sputnik
BAKI, 2 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı yazıçı Elçin Əfəndiyevə Türkiyənin ədəbiyyat sahəsində olan “Necip Fazıl” mükafatını təqdim edib.
Mükafatlandırma mərasimi İstanbulun Atatürk Mədəniyyət Mərkəzində baş tutub.
Ərdoğan, çıxışı zamanı deyib ki, E.Əfəndiyev bir çox dilə tərcümə edilmiş hekayə və romanları ilə insanların sevgisini qazanıb.
“Bu mükafatın Türkiyə-Azərbaycan dostluğu və həmrəyliyinin dünyada örnək olduğu bir zamanda verilməsinin fərqli bir mənası var. Əfəndiyev qardaşımızın əsərləri və varlığı ilə bu dostluğun mədəniyyət və elm sahələrində bayraqdarlarından biri olmağına davam edəcəyinə inanır, onu təbrik edirəm”, - deyə Türkiyə Prezidenti əlavə edib.
Xatırladaq ki, Elçin Azərbaycanın xalq yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professordur. "İstiqlal" ordeninə layiq görülən yazıçı 1993–2018-ci illərdə Azərbaycanın Baş nazirinin müavini vəzifəsində çalışıb.
Elçin 13 may 1943-cü ildə Bakıda XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib.