BAKI, 2 dekabr — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı "Brent" neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,08% artıb. Nəticədə, 1 barelə görə 86,95 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında 2023-cü ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,8% artaraq, 81,22 dollara bərabər olacaq.
Qeyd edək ki, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Qlobal neft bazarının qeyri-sabitliyi fonunda bu görüşdə neft hasilatının daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib.
“OPEC plus” nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.