BAKI, 2 dekabr — Sputnik. Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya səfər edəcək.
Bu barədə Sputnik Armenia məlumat yayıb.
Bildirilib ki, səfər dekabrın 4-6-dək davam edəcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan, müdafiə və təhlükəsizlik üzrə komissiyanın sədri Andranik Koçaryan və "Şərəf duyuram" blokunun deputatı Tiqran Abramyan da daxildir.
Məlumata görə, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının toplantısı keçiriləcək.