BAKI, 1 dekabr — Sputnik. Azərbaycan XİN Laçının işğaldan azad olunması ilə bağlı "Twitter"də paylaşım edib. Paylaşımda deyilir:
"Bu gün, Laçın rayonunun işğaldan azad edilməsindən iki il ötür. Azərbaycanın cənnət diyarlarından olan Laçının Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunduğu bu əziz gündə bütün həmvətənlərimizi təbrik edirik. Yaşasın Azərbaycan!".
Xatırladaq ki, Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.