BAKI, 1 dekabr — Sputnik. Qərbin Ukraynada "tribunal" yaratmaq cəhdləri legitim olmayacaq, qəbul edilməyəcək və pislənəcək.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hansısa tribunallar yaratmaq cəhdlərinə gəlincə, onların heç bir legitimliyi olmayacaq, onlar bizim tərəfimizdən qəbul edilməyəcək və tərəfimizdən qınanılacaq", - deyə Peskov bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Fransa Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaqdan ötrü xüsusi tribunal yaratmaq üçün avropalı və ukraynalı tərəfdaşları ilə işə başlayıb.