BAKI, 1 dekabr — Sputnik. Noyabrın sonuna Avropada qazın qiyməti ay ərzində 18% artaraq 1000 kubmetr üçün 1560 dollara yaxınlaşıb.
Bu barədə "TASS" Londonda yerləşən "ICE" birjasının məlumatlarına istinadən xəbər verir.
Qazın bahalaşmasına Avropada noyabrın ortalarında başlayan istilik mövsümünün start götürməsi şərait yaradıb. Hazırda Avropa ölkələrində anbarlardan qazın çəkilmə sürətində gündəlik artım müşahidə olunur.
Mavi yanacağın qiymətinin dəyişməsinə, həmçinin Aİ-də elektrik enerjisi istehsalında külək istehsalının payının azalması da təsir edib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Avropaya qazı daxili qiymətdən 3-4 dəfə baha qiymətə satdığını bildirmişdi.