BAKI, 1 dekabr — Sputnik. Qərb başa düşüb ki, Rusiya nə suverenlikdən əl çəkməyəcək, nə də sədaqət andı içməyəcək. Ona görə də hazırda o, gücünü ölkəmizə qarşı maksimum qarşıdurmaya və Rusiya ilə bağlı tarixi yaddaşın məhv edilməsinə yönəldib.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev bildirib.
"Onlar başa düşüblər ki, biz müstəqilliyimizi qurban verməyəcək, suverenliyimizdən imtina etməyəcək, onlara sədaqət andı içməyəcəyik" – deyə Medvedev partiya rəhbərliyinin humanitar missiyada iştirak edən könüllülər və xeyriyyəçilərlə görüşündə bildirib.
O əlavə edib ki, Krımın Rusiyaya daxil olmasından sonra Qərbin "maksimum dərəcədə müqavimət göstərməyi hədəflədiyi" aşkar görünür.
"Bizimlə mübarizə aparır, son illərdəki bütün inkişaf nəticələrimizi ləğv etməyə cəhd edirlər. Çalışırlar ki, hətta tarixi yaddaşımızdan demək olar ki, heç nə qalmasın, elə bil belə bir ölkə olmayıb, insanlar da bir yerdə yaşamıblar", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədri vurğulayıb.