BAKI, 1 dekabr — Sputnik. Avropada rus mədəniyyətini ləğv etmək mümkün deyil, bu, anti-Rusiya əhval-ruhiyyəsini stimullaşdırmağa çalışan avropalı bürokratların iradəsindən asılı deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Xaricdə yaşayan, amma Rusiya Federasiyası ilə, vətənləri ilə bağlılığını davam etdirən, öz dilini qoruyan, övlad və nəvələrini öz dilində tərbiyə edən, mədəniyyətlərin bir-birinə nüfuz etməsini dəstəkləməyə çalışan hər kəslə həmrəyliyimizi bildirmək istərdim.... Ruslar hazırda bizim mədəniyyətimizi müasir Avropaya daşıyır, daxil olduqları ölkələri zənginləşdirirlər", - deyə Lavrov mətbuat konfransında həmvətənlərinə müraciət edib.
"Bu mədəniyyəti ləğv etmək mümkün deyil. Bu, rusofob əhval-ruhiyyəni oyatmağa çalışan, sadə əhalini qızışdırmağa, sadəcə olaraq, ruslara qarşı ayrı-seçkilik etməyə çalışan Borrellərin və digər bürokratların iradə və istəklərindən asılı deyil", - deyə nazir əlavə edib.
Bir müddət əvvəl ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Elizabet Rud "RİA Novosti"yə müsahibəsində bildirib ki, Rusiyadan olan sənətçilərin iştirakı ilə keçirilən bir sıra tədbirlərin konsert verəcəyi məkanlar tərəfindən ləğv edilməsinə baxmayaraq, ABŞ-da Rusiya mədəniyyətinə dərin hörmət bəsləyirlər və ABŞ-da rus mədəniyyətinin ləğvi ilə bağlı söhbətlər getmir.