PAYTAXT XƏBƏRLƏRİ

Çoxmərtəbəli binadan düşərək ölən gənclə bağlı araşdırmalara başlanılıb

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Bakıda gənc oğlanın çoxmərtəbəli binadan düşərək ölməsi ilə bağlı araşdırmalara başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, hadisə bu gün paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, gənc oğlan çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən həyətdə dayanan maşının ön şüşəsi üzərinə düşərək ölüb.