İNFOQRAFİKA

Azərbaycanın su ehtiyatları

Azərbaycanda su anbarlarının ümumi həcmi 21 kub kilometr, çayların su ehtiyatları isə 28-30,3 kub kilometrdir. Azərbaycanın su ehtiyatları haqqında ətraflı "Sputnik Azərbaycan"ın infoqrafikasında oxuyun.
Sputnik
Cari ilin noyabrına olan məlumatlara görə Azərbaycanın göllərində şirin su ehtiyatı 0,90 kub kilometr təşkil edir. Ümumilikdə, ölkədə 21 tranzit çay var.
Azərbaycanda su anbarlarının ümumi həcmi 21 kub kilometr, çaların su ehtiyatları isə 28-30,3 kub kilometrdir.
İnfoqrafika: Azərbaycanın su ehtiyatları
Bundan başqa, qonşu ölkələrdən Azərbaycan ərazisinə su axını 19-20,3 kub kilometr təşkil edir.
Eyni zamanda, yerüstü sulardan illik istifadə 11-12 milyard kubmetr, qrunt sularından isə 2-2,8 milyard kubmetr təşkil edir.