RUSİYA

Rusiyada LGBT təbliğatını qadağan edən qanunlar paketi təsdiqlənib

Qanunlar Rusiyada satılan hər hansı mallarda, xüsusən də filmlərdə, kitablarda, reklam çarxlarında, media və audiovizual xidmətlərdə LGBT təbliğatını qadağan edir, həmçinin, Dövlət Dumasında qeyd edildiyi kimi, kompüter oyunları və bazarlara da şamil edilir.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Rusiyanın Federasiya Şurası çərşənbə günü keçirdiyi iclasda ölkədə LGBT-nin, həmçinin, cinsiyyətin dəyişdirilməsini və pedofiliyanın təbliğatını qadağan edən qanunlar paketini təsdiqləyib. Qadağanın pozulması 10 milyon rubla qədər cərimə ilə nəticələnəcək.
LGBT təbliğatı anlayışı cinsiyyətin dəyişdirilməsi və pedofiliya qadağası filmlərə, kitablara, reklam çarxlarına, media nəşrlərinə və kompüter oyunlarına şamil ediləcək.
Qanun Rusiyada satılan hər hansı mallarda, xüsusən də filmlərdə, kitablarda, reklam çarxlarında, media və audiovizual xidmətlərdə LGBT təbliğatını qadağan edir. Qanun, həmçinin, Dövlət Dumasında qeyd edildiyi kimi, kompüter oyunları və bazarlara da şamil edilir.
Bir müddət əvvəl yerli pərakəndə satıcılar Dövlət Dumasından LGBT təbliğatını və pedofiliyanı qadağan edən qanun layihəsinə düzəlişlərə baxılmasını sonrakı müzakirə üçün təxirə salmağı xahiş etmişdilər.
Onlar malların qadağan olunmuş təsnifatına dair aydın meyarlar müəyyən edilməyincə, qanun normalarının birmənalı şərh edilməyəcəyindən ehtiyat edirlər. Bundan əlavə, onların fikrincə, faktiki olaraq, yayılması qadağan edilən hər hansı məlumatın məzmununa görə malların bütün həcminin ekspertizası tələb olunacaq ki, bu da öz növbəsində “sənaye tərəfindən böyük xərclər” tələb edəcək.
Dumada pərakəndə satıcılar tərtəfindən qanunun icrasının daim nəzarətdə saxlanıılacağı bildirilib.
Eyni zamanda, qanun müəllifləri qeyd ediblər ki, Rusiya Federasiyasında sosial şəbəkələrin istifadəçiləri, əgər səhifələrindəki şərhlərdə LGBT təbliğatı varsa, digər şəxslər tərəfindən öz səhifələrində yazılan şərhlərə görə məsuliyyət daşımayacaqlar.
Milyonlarla cərimələr
Sözügedən qadağaların pozulmasına görə, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə (İXM) hazırda müəyyən edildiyi kimi, yalnız yetkinlik yaşına çatmayanlar deyil, böyüklər arasında LGBT təbliğatına görə məsuliyyəti genişləndirən dəyişikliklər edilir.
Kütləvi informasiya vasitələrində və ya internetdə təbliğatın yayılması nəzərə alınmaqla cərimə vətəndaşlar üçün 400 min rubla qədər, hüquqi şəxslər üçün isə 5 milyon rubla qədər olacaq. Əcnəbilər 400 min rubla qədər cərimə edilə, 15 günə qədər həbs oluna və ya deportasiya edilə bilər.
Bundan əlavə, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə iki yeni maddə əlavə olunur. Birincisi, pedofiliyanın təşviqinə görə vətəndaşlar üçün 800 min rubla qədər və hüquqi şəxslər üçün 10 milyon rubla qədər inzibati cərimə şəklində məsuliyyət müəyyən edir. Bu maddəyə uyğun olaraq xarici vətəndaş Rusiya Federasiyasından inzibati qaydada çıxarılmaqla 800 min rubla qədər cərimə edilə bilər.
İnzibati Xətalar Məcəlləsinin “Yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqəni və (və ya) üstünlükləri nümayiş etdirən və ya yetkinlik yaşına çatmayanlarda cinsiyyətini dəyişmək istəyinə səbəb ola bilən məlumatların yayılması” adlı yeni maddəsində bu cür əməllərə görə vətəndaşlar üçün 200 min rubla qədər və hüquqi şəxslər üçün 4 milyon rubla qədər cərimə şəklində cəza nəzərdə tutulur.
“Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov da qeyri-ənənəvi münasibətlərin təşviqinə görə cinayət məsuliyyəti haqqında qanun layihəsi hazırladığını bildirib.
“Roskomnadzor” monitorinq aparacaq
Qanunlar paketi, həmçinin, LGBT təbliğatı, pedofiliya və cinsiyyət dəyişikliyi ilə bağlı materialların “Roskomnadzor” tərəfindən saytın bloklanması üçün əsaslar siyahısına daxil ediləcəyini və bunun üçün internetdəki məlumatların hökumətin icazə verdiyi təşkilat tərəfindən izlənilməsini nəzərdə tutur.
“Roskomnadzor”un şəbəkədəki məlumatları və (və ya) saytları, habelə LGBT təbliğatının, pedofiliyanın və transgenderliyin qadağan edilməsi haqqında qanunun normalarına uyğun olaraq məhdudlaşdırılmalı olan proqramları müəyyənləşdirmək üçün internetin monitorinqi prosedurunu təsdiq etmək hüququ əldə edəcəyi nəzərdə tutulur.
Belə monitorinq Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilmiş səlahiyyətli bir təşkilat tərəfindən həyata keçiriləcək.
Monitorinqin nəticələrinə əsasən LGBT təbliğatının və ya pedofiliyanın əlamətləri aşkar olunarsa, “Roskomnadzor” bu cür məlumatlara çıxışı məhdudlaşdırmaq üçün tədbirlər görə, habelə bu barədə səlahiyyətli orqanlara məlumat göndərə biləcək.