RUSİYA

Neftin qiymətinin tavanı ilə bağlı Rusiyanın mövqeyi sərtdir

Rusiya baş nazirinin müavini Aleksandr Novak Qərb ölkələrinin müzakirə etdiyi Rusiya neftinin qiymət tavanı ilə bağlı Rusiya Federasiyasının mövqeyini şərh edib.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Rusiya neftin qiymətinin tavanı ilə bağlı sərt mövqe tutur. Bu, səviyyəsindən asılı olmayaraq qəbuledilməzdir.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Bizim burada kifayət qədər sərt mövqeyimiz var. Mən bu barədə artıq bir neçə dəfə danışmışam. Qiymət tavanı nə olursa olsun, fərqi yoxdur. Hətta yüksək olsa belə, müqavilələrin bağlanması baxımından bu, prinsipcə qəbuledilməzdir", - deyə Novak Qərb ölkələri tərəfindən müzakirə edilən Rusiya neftinin qiymət tavanı ilə bağlı Rusiya Federasiyasının mövqeyini şərh edərkən bildirib.