BAKI, 30 noyabr — Sputnik. Goranboyda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə Goranboy rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə insanlar tərəfindən hiss olunub.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 20 km olub.
Xatırladaq ki, noyabrın 29-da da Azərbaycanda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.