DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa parlamenti Azərbaycan əleyhinə növbəti addım atdı

Milli Assambleyasınınnümayəndələri çıxış edərək qətnamə layihəsini dəstəkləyəcəklərini bildiriblər.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bu barədə Sputnik Armeniya xəbər yayıb.
Bildirilir ki, 256 deputat sənədin lehinə səs verib.
Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri çıxış edərək qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.
Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri çıxış edərək qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.
Xatırladaq ki, noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib.
Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.
İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.
Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.
16 noyabr 2022-ci il tarixində Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.