SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Polşaya gedib

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. 30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub.
Qeyd edək ki, 1 yanvar 1995-ci ilədək ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak edib, onun sənədlərini imzalayıb.