Dünyanın hər yerindən azarkeşlər Qətərə təkcə öz ölkələrinin milli komandasına dəstək olmaq üçün deyil, həm də tarixdə ilk olaraq dəfə ərəb dünyasında keçirilən çempionatın tamhüquqlu iştirakçısı olmaq üçün gəliblər. Bəşəriyyətin gözəl yarısı da kənarda qalmayıb.
Qətərdə keçirilən Dünya Çempionatında növbəti qalmaqal Xorvatiya millisinin azarkeşi İvana Knoll tərəfindən olub. Qətərlilərin qəzəbinə səbəb modelin çox açıq-saçıq geyimdə öz ölkəsinin komandasını dəstəkləməyə gəlməsi olub. "Miss Xorvatiya-2016"nın birincisi olan model dərin dekolteli dar paltarda olub. Modeli dərhal sosial şəbəkələrdə bu hərəkətlə müsəlmanlara qarşı hörmətsizliyə görə qınanmağa başlayıblar və indi o, hətta həbs oluna da bilər.
İran milli komandasının azarkeşləri isə 2022-ci il Dünya Çempionatında İranın xüsusi xidmət orqanlarının onları izlədiyini iddia edirlər. İranda yaşamayan azarkeşlərdən biri İngiltərənin İran millisi ilə oyununda (6:2) onu və digər qadınları izləyən və onları videoya çəkən kişini gördüyünü bildirib. Digər azarkeş isə qeyd edib ki, eyni oyunda kişi futbolu izləmək əvəzinə durbinlə daim tribunalara baxırdı.