RUSİYA

Rusiyalı səfir Papanın açıqlamalarına etiraz etdi

Roma Papası Fransisk müsahibəsində çeçenləri və buryatları "Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi" adlandırıb.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyev Roma Papasının amerikalı yezuitlər tərəfindən nəşr olunan "Americamagazine"də dərc olunan Rusiya hərbçilərinə qarşı törədilən vəhşiliklərlə bağlı açıqlamalarına etiraz edib.
"Noyabrın 28-də axşam Vatikanın diplomatik xidmətinin rəhbərliyinə etirazımızı təqdimat etdim və Amerika Birləşmiş Ştatlarında nəşr olunan "Americanmagazine" portalında dərc olunan müsahibəsində Papa Fransiskə aid edilən qəribə bəyanatlardan hiddətləndiyimi bildirdim ", - səfir bildirib.
Diplomat qeyd edib ki, çoxmillətli Rusiya xalqının birliyi sarsılmazdır və heç kim buna şübhə edə bilməyəcək".
Roma Papası Fransisk müsahibəsində çeçenləri və buryatları "Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi" adlandırıb. Bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransiskin sözlərini şərh edərkən bildirib ki, onun bəyanatları təkcə rusofobiya deyil, həm də həqiqətin hədsiz dərəcədə təhrif edilməsini nümayiş etdirir.
Eyni zamanda, bir müddət əvvəl Bəhreyn Krallığından qayıdarkən Ukraynadakı münaqişəni şərh edən Roma Papası Rusiya xalqının qəddarlığına inanmadığını, çünki onların böyük xalq olduğunu deyib. Bununla yanaşı, Fransisk qeyd edib ki, məsuliyyət muzdluların üzərinə düşür.