RUSİYA

Peskov Putinin reytinqi barədə: ənənəvi yüksək göstəricilər onun effektivliyini sübut edir

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ənənəvi yüksək etimad reytinqi onun səmərəli işlədiyini və insanların istəklərinə cavab verdiyini sübut edən fenomendir.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin etimad reytinqi ənənəvi olaraq yüksəkdir. Bu, onun səmərəli işlədiyini və insanların istəklərinə cavab verdiyini sübut edən fenomendir. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğunun son nəticələri göstərib ki, rusiyalıların 78,7 faizi Rusiya Federasiyasının prezidentinə güvənir, 75 faizi onun fəaliyyətini bəyənir.
"Prezidentə etimada gəlincə, bunlar ənənəvi olaraq çox yüksək göstəricilərdir, bəzən həftədən həftəyə az, çox kiçik dəyişikliklər baş verir. Bu, sosioloji xidmətlərin işinin nəticələrinə əsasən qeyd etdiyimiz bir rəqəmlərdir. Amma ümumiyyətlə, bu bir fenomendir: Putinə əhalinin etimad səviyyəsi yüksəkdir. Bu, onun səmərəli işlədiyini göstərir və əsas odur ki, həqiqətən də insanların istəklərinə cavab verir", - deyə Peskov, Rusiya Federasiyası Prezidentinin ÜİRÖM tərəfindən nəşr olunan reytinqinin Kremldə nə dərəcədə mühüm hesab edildiyi və Vladimir Putinin bu reytinqə özünə güvənib-güvənmədiyi barədə verilən sualı cavablandırıb.
Peskovun sözlərinə görə, xalqın Putinə dəstəyi hər şeydən önəmlidir.
Prezidentin mətbuat katibi onu da bildirib ki, Rusiya Federasiyasının prezidenti həmişə bütün qərarlarını və bütün işini özünün dəfələrlə barəsində danışdığı bu böyük dəstəyə əsaslanaraq edir.