RUSİYA

Novak: Rusiya və Çin neft-qaz avadanlıqlarını inkişaf etdirməyi planlaşdırırlar

Novak bildirib ki, Çin neft və qaz sektoru üçün əsas avadanlıq istehsalçılarından biridir.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiya və Çin hər iki ölkədə istifadə oluna bilən neft və qaz avadanlıqlarının işlənib hazırlanmasını birgə inkişaf etdirməyi planlaşdırır.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak IV Rusiya-Çin Enerji Biznes Forumunda deyib.
"Çin neft və qaz sektoru üçün əsas avadanlıq istehsalçılarından biridir. Artıq Rusiyadakı layihələr üçün neft və qaz avadanlıqlarının tədarükü ilə bağlı sıx əməkdaşlıq gedir. Çinin gəmi daşıyıcıları ölkələrimiz arasında dəniz daşımalarında, o cümlədən LNG nəqliyyatında iştirak edirlər. Biz həm Çində, həm də Rusiyada istifadə oluna bilən avadanlıqların işlənib hazırlanmasını və istehsalını birgə inkişaf etdirməyi planlaşdırırıq”, - deyə Novak bildirib.