CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kalkulyator" adam - O artıq kiçik oyunlar da yaradır - VİDEO+FOTO

Ruslan üçün hər şey rəqəmlərin kombiasiyasından başladı, beləcə o rəqəmləri bil elm olaraq daha dərindən öyrənməyə, yeniliklər kəşf etməyə başladı
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Genetik bağlar, fitri istedad da hər hansı bir elmi daha dərindən öyrənməyə kömək edir. Bəzən uşaqlar özləri içlərindəki qabiliyyəti, bilikləri üzə çıxarır, bəzən isə validyenləri bu bacarıqları aşkarlayır. Əslində hər bir uşaqdan gələcək üçün gözəl bir kadr hazırlamaq olar, yetər ki, bunun üçün təşəbbüs, valideyn vəən əsası fərdin öz marağı olsun.
Bir neçə il öncə Qusarın ucqar kəndlərindən birində təhsil alan, o vaxtı 6 yaşı olan Ruslan Səfərovun riyazi bilikləri ilə bağlı atasının "Youtube"kanalında paylaşdığı video onun həyatını tamamilə dəyişdi. Azyaşlı yaşıdlarından fərqli olaraq təxminən 6 il daha qabaqda idi, o qısa zamaanda, snaiyələr içində kökaltı misalları, tənlikləri həll edirdi. Bundan sonra Ruslanın ulduzu Rusiya, o cümlədən də Ukraynada parlamağa başladı. “Rusiya 1” telekanalında yayımlanan “Udivitelnıe lyudi” şousuna qatıldı.
11 yaşlı Ruslan Səfərov hazırda "Landau" məktəbinin şagirdidir. Ruslan deyir ki, üç yaşı olanda toplama və çıxmanı öyrənməyə başlayıb: "Bizim evimizdə sovet dövrünə aid müxtəlif riyaziyyat kitabları vardı. Orada rəqəmlərin müxtəlif kombinasiyalarına aid misallar var idi, mənə maraqlı gəlirdi ki, hansı kombinasiyanı icra etdikdə 6 və 9 ədədləri nəticə olaraq 54-ə bərabər olur. Bunu atamdan soruşduqda o mənə başa saldı ki, riyaziyyat təkcə toplama və çıxmadan ibarət deyil, o həm də vurma və bölmədən ibarətdir. Beləcə məndə riyaziyyata maraq yarandı, Artıq 4 yaşımdan bölmə, daha mürəkkəb misal və məsələləri həll betməyə başlamışdım".
"Məsələn, tənliklər, kökaltı misallar, faizləri həll edirdim. Beş yaşımda isə kuba yüksəltmə, kökaltı tənlikləri həll edirdim", - deyə o əlavə edib.
Ruslan Səfərov
Atası ona riyaziyyatı öyrətsə də, Ruslan bu elmlə bağlı biliklərin böyük qismini babasından öyrənib: "Atam coğrafiya müəllimidir, babam isə mühəndisdir. Atamın babası, yəni mənim ulu babam isə riyaziyyat müəllimi olub".
Riyazi biliklərinə görə müəyyən uğurlar əldə etdikdən sonra Ruslana bir sıra rus dilli və Azərbaycan dilli məktəblərdən dəvət göndərilir: "Düşünürəm ki, "Landau" mənim üçün ən uğurlu seçim idi. Artıq 4 ildir ki, "Landau"da ingilis dilində təhsil alıram".
O 2021-ci ildə Sinqapurda keçirilən "Sasmo" yarışında 1 qızıl, 2022-ci ildə isə bu yarışda iştirak edərək iki qızıl medala layiq görülüb: "Sizə uğurla bağlı bir şey deyim. Şagirdin yaxşı oxuması üçün öncə maraqları formalaşmalıdır ki, bu işdə də ona müəllimi yardım etməlidir".
Hazırda yuxarı siniflərə aid, hətta institut səviyyəsində bəzi məsələləri həll edən Ruslan maraq dairəsini daha da genişlənidirb, o kimya, proqramlaşdırma ilə də yaxından maraqlanır. Onun gələcək hədəfi isə proqramçı olmaqdır: "Proqramlaşdırma üzrə müəllimim Ramin Mahmudzadədir. Artıq bəzi balaca oyunları yarada bilirəm".
"Qeyd edim ki, 2020-ci ildə IJSO-ə (Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası) qatılaraq həm gümüş medal, həm də ən gənc iştirakçı kimi sertifikata layiq görülmüşəm", - deyə o əlavə edir.
Səbinə Ələndərova
Ruslanın riyazi biliklərinin təkminləşməsində rolu olan müəllimi Səbinə xanım deyir ki, o məktəbin ən sevimli şagirdlərindən biridir: "Ruslan qısa zamanda məsələləri həll edərək düzgün cavab verir. Adətən sinif yoldaşlarının hesablama ilə bağlı çətinlikləri olanda Ruslana yaxınlaşırlar. Sinif yoldaşları zarafatyana onu "kalkulyator" adlandırırlar". "Sinifimizdə belə bir istedadlı şagirdin oxuması çox xoş haldır. 6-cı sinifdə oxumasına baxayaraq Ruslan daha yuxarı siniflərə aid misal və məslələri də çox asanlıqla həll edir. İnanıram ki, Ruslan bundan sonra da müxtəlif yarışlarda ölkəmizi layiqincə təmsil edib yüksək nəticələr əldə edəcək", - deyə o əlavə edir.