RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Fransız siyasətçi: Avropa Ukraynaya yardıma görə trilyonlarla avro ödəyəcək

Fransanın "Vətənpərvərlər" hərəkatının rəhbəri deyib ki, eyni zamanda ABŞ Ukrayna münaqişəsində zəngin olacaq.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. ABŞ Ukraynadakı münaqişədə varlanacaq, lakin Avropa üçün Ukrayna lideri Vladimir Zelenskini dəstəkləmək "intihara" çevriləcək.
Bunu Fransanın "Vətənpərvərlər" hərəkatının rəhbəri və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo "Twitter" hesabında qeyd edib.
"Ukrayna böhranına intihar reaksiyamız Avropa İttifaqı ölkələrindən ABŞ-a trilyonlarla avronun kütləvi şəkildə köçürülməsinə səbəb olacaq!" – deyə fransız siyasətçi bildirib.
Filipponun fikrincə, Vaşinqton Avropanın lider ölkələri arasında Amerikanın maraqlarına lobbiçilik edib və onları Ukraynadakı vəziyyətin "fəal ortaqları" edib. O, həmçinin Avropa ictimaiyyətini oyanmağa çağırıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.