DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serbiyada 600 qanunsuz miqrant saxlanılıb

Qeyri-qanuni miqrantlar arasında silahlı qarşıdurma polisi genişmiqyaslı əməliyyat keçirməyə vadar edib.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Serbiyanın Macarıstanla sərhədində yerləşən Horqos qəsəbəsində 600-dən çox insan saxlanılıb. Azərtac xəbər verir ki, hakimiyyət orqanları qeyri-qanuni miqrantlar arasında silahlı qarşıdurma olduğu barədə xəbərlər daxil olduqdan sonra genişmiqyaslı əməliyyat keçiriblər.
Serbiyanın Daxili İşlər Nazirliyi Horqos qəsəbəsindəki qanunsuz mühacirlərin küçələrdə bir-birilərinə atəş açdıqları barədə xəbərin olduğunu, daha sonra polis qruplarının bölgədə əməliyyat keçirdiyini bildirib.
Serbiyanın xüsusi polis qüvvələrinin helikopter və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatda 600-dən çox miqrant saxlanılıb, onlardan 6-sı hadisə yerində həbs olunub.
Əməliyyat paytaxt Belqrad şəhərini də əhatə edib.