RUSİYA

İran Rusiya ilə avtomobil ixracına dair memorandum imzalayıb

İranın avtomobil istehsalçısı olan “İran Khodro” (IKCO) şirkətinin məhsul çeşidində “Peugeot 405”in bazasında ərsəyə gətirilmiş “Samand” sedanı, habelə Çinin “Haima” və “Dongfeng” brendlərinin krossoverləri də var.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. İran Rusiya ilə 300 milyon dollar dəyərində avtomobillərinin ixracına dair memorandum imzalayıb. Bunu İran Avtomobil Ehtiyatları İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmmədrza Nəcəfi Maneş deyib.
"Bu ölkəyə (Rusiya) 300 milyon dollar dəyərində avtomobillərin ixracına dair memorandum imzalanıb", - deyə "Fars" agentliyi Assosiasiya rəhbərinin sözlərinə istinadən bildirib.
İranda avtomobil istehsalı ilə “İran Khodro” (IKCO) şirkəti məşğul olur. Bu brendin məşhur modelləri arasında “Peugeot 405”in bazasında ərsəyə gətirilmiş “Samand” sedanı da var. Bunlardan əlavə, brendin məhsulları arasında zahirən yenilənmiş “Peugeot” avtomobilləri, Çinin “Haima” və “Dongfeng” brendlərinin krossoverləri də var.
2021-ci ildə İranda “Peugeot 301” modelindən zahirən yenilənmiş “Tara” kompakt sedan buraxılıb. Hazırda şirkət “Peugeot 208”, “508” və “2008”ə bənzər şəkildə ərsəyə gətirilmiş yeni “Rira” modelini, həmçinin “Citroen C-Elysee”i təqdim etməyə hazırlaşır.