DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistandakı Taliban atəşkəsin ləğv edildiyini elan edib - KİV

"Təhrik-e-Taliban Pakistan”ın fəaliyyəti Pakistan və Hindistan hökumətlərinə qarşı və öz təsirini bu dövlətlərin bir sıra ərazilərinə genişləndirməyə yönəlib.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. "Təhrik-e-Taliban Pakistan"* terror qruplaşması bazar ertəsi günü Pakistan hökuməti ilə razılaşdırılmış atəşkəs rejimini ləğv etdiyini və qruplaşma döyüşçülərinə ölkə daxilində hücumlar həyata keçirməyi əmr etdiyini bildirib.
"Mücahidlərə qarşı hərbi əməliyyatlar müxtəlif ərazilərdə davam etdiyi üçün... bütün ölkə daxilində mümkün olan hər yerdə hücumlar həyata keçirməyiniz son dərəcə vacibdir", - deyə Dawn nəşri qrupun bəyanatına istinadən deyilir.
Qadağan edilmiş təşkilat bildirib ki, Pakistan xalqına dəfələrlə xəbərdarlıq edib, "lakin ordu və kəşfiyyat orqanları dayanmayıb və hücumlarını davam etdiriblər... İndi cavab hücumlarımız da bütün ölkə ərazisində başlayacaq", - deyə bəyanatda deyilir.
Pakistan hökuməti və qeyri-qanuni "Təhrik-e-Taliban" Pakistan bu il may ayının sonunda qeyri-müəyyən atəşkəs haqqında razılığa gəlib.
"Təhrik-e-Taliban" Pakistan ABŞ, Böyük Britaniya və Kanada hökumətləri tərəfindən terror qruplaşması elan edilib.
Müxtəlif qrupların nümayəndələrindən yaradılmış “Təhrik-e-Taliban Pakistan” Pakistan və Hindistan hökumətlərinə qarşı çıxır, öz təsirini bu dövlətlərin bir sıra ərazilərinə genişləndirməyə çalışır.
Eyni zamanda Əfqanıstan Talibanı Pakistan "Təhrik-e-Taliban" hərəkatı ilə əlaqəni inkar edir.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.