HƏRBİ

Müdafiə Nazirliyi əsgərimizin vəfatını təsdiqlədi

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumat yayıb.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Ordusunun əsgəri vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.
Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.