RUSİYA

Moskva və Astana kosmosla bağlı işləri əlaqələndirməyə davam edəcək - Bəyannamə

Rusiya və Qazaxıstanın sülh və təhlükəsizliyini bərqərar olması və rifahı naminə istifadə edilməsi üçün elmi və istehsalat fəaliyyətini əlaqələndirməyə davam edəcəklər.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Moskva və Astana kosmik sahədə işləri əlaqələndirməyə davam edəcək. Bu barədə Rusiya mediası Rusiya ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bəyannaməyə istinadən xəbər verir.
Bəyannamənin mətni Kremlin saytında dərc olunub.
“Rusiya və Qazaxıstan Respublikası kosmik proqramların hazırlanması və həyata keçirilməsi, habelə kosmik texnologiyalardan iki dövlətin xalqlarının mənafeyinə, Rusiya və Qazaxıstanın sülh və təhlükəsizliyini bərqərar olması və rifahı naminə istifadə edilməsi üçün elmi və istehsalat fəaliyyətini əlaqələndirməyə davam edəcəklər”, - deyə Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı bəyannamədə deyilir.