BAKI, 28 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında II tur çərçivəsində E qrupunda İspaniya və Almaniya qarşılaşıblar.
"Əl-Bayt" stadionunda keçirilən oyunun birinci yarısı qolsuz yekunlaşıb.
Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə çıxarıb - 1:0.
83-cü dəqiqədə Fullkruq Almaniyanın cavab qolunu vurub - 1:1. Oyun bu hesabla qurtarıb.
Bu qrupun digər II tur qarşılaşmasında Kosta Rika Yaponiyanı məğlub edib - 1:0.
İki turdan sonra bu qrupda İspaniyanın 4, Yaponiya və Kosta Rikanın hərəyə 3, Almaniyanın 1 xalı var.