Çinin bir sıra böyük şəhərlərində, o cümlədən Pekin, Şanxay, Quançjouda koronavirusa qarşı tam dözümlülük siyasətinə qarşı etiraz aksiyaları keçirilib.
Qərb mediası bildirir ki, Çin hakim dairələri bu barədə məlumatları sildiyi üçün baş vermiş aksiyaları təsdiq etmək mümkün deyil.
Bundan başqa, analoji aksiyaların Çinin 50 universitetində keçirildiyi bildirilir.
Media Urumçi şəhərində yaşayış binasında baş verən yanğında on nəfərin ölməsindən sonra etiraz dalğasının daha da artdığını iddia edir.
Yerli sakinlər hesab edir ki, ölənlər sərt antikoronavirus məhdudiyyətləri üzündən binanı tərk edə bilməyiblər.