AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Tərəflər iki ölkə arasında çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə əlaqələndirmə məsələlərini müzakirə ediblər.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Noyabrın 28-də Azərbaycan və türkiyə xarici siyasət idarələri rəhbərləri arasında telefon danışığı olub. Bu barədə azərbaycan XİN məlumat yayıb.
Bildirilir ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
O da qeyd olunur ki, bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.