BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,6% azalaraq 1,7608 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0280 manat təşkil edib.
Qeyd edək ki, məsələn, bu gün üçün "Yelo Bank"da nağd 1 rublun alışı 0,0275 manat, satışı isə 0,0290 manatdır.
Xatırladaq ki, oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,67 (1,80) manata, 100 rus rubluna 2,76 (2,49) manata bərabər olub.