Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu maraqlı anlarla yadda qalıb.
2:0 hesabı ilə Cənubi Amerika təmsilçisinin xeyrinə qurtaran görüşün birinci hissəsində qol vurulmayıb.
İkinci hissədə, 64-cü dəqiqədə Lionel Messi, 87-ci dəqiqədə isə Entso Fernandes argentinalılara qələbə gətiriblər.