BAKI, 27 noyabr - Sputnik. Rusiya və Türkiyə arasında Suriyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var, lakin ölkələr arasında münasibətlərin səviyyəsi onları dialoq yolu ilə həll etməyə imkan verir. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Suriya məsələsində Türkiyə ilə fikir ayrılıqları var. Bir vaxtlar onları aradan qaldırmaq və düzəltmək mümkün olub. Soçidə sənəd imzalanıb", - deyə Peskov “Moskva.Kremlin.Putin” proqramına verdiyi müsahibəsində bildirərək bundan sonra Türkiyə liderinin, o cümlədən Rusiya nümayəndələrinin razılaşmaların icrasından narazılıqları ilə bağlı bəyanatların verilməsini xatırladıb.
“Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, boş, uzun, lakin yenə də danışıqlar yolu ilə həll etməyə imkan verir”, - deyə Rusiya liderinin mətbuat katibi əlavə edib.